Azərbaycanın milli valyutası olan manatın möhkəmlənmə tendensiyası 2015-ci ildə neftin qiymətinin kəskin düşməsi ilə dayandırıldı. Nəticədə 2015-ci il fevralın 21-də və dekabrın 21-də iki devalvasiya baş verdi.
Nəticədə manatın dollara nəzərən kursu iki dəfədən də çox düşdü və 2016-cı ilin sonlarında 1,8016 AZN təşkil elədi.
Lakin görülən tədbirlər və neftin qiymətinin sabitləşməsi nəticəsində 2017-ci ildən etibarən manat yenidən güclənməyə başladı. Bu günə olan valyuta məzənnələrinə görə isə, bir dollar 1,7001 manat təşkil edir.
Manatın dinamikasına dair daha ətraflı məlumatı Sputnik Azərbaycan-ın infoqrafikasından əldə etmək olar.