Azərbaycandan İrana yeni yol açılır

© Photo : AAYDAMasallıda 32 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur
Masallıda 32 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur - Sputnik Azərbaycan
Abunə olmaq
Tikinti işlərinin yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub

BAKI, 1 mart — Sputnik. Masallı rayonunda 2 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbaut xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Oğuzda şəhid Arzu Əliyevin adını daşıyan küçə - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol elə gündədir ki, uşaqlar yıxılıb zədələnirlər

O bildirib ki, uzunluqları 24.7 km olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Birinci Səmədxanlı-Xallıcalı-Əminli-Məmmədxanlı avtomobil yollarında yenidən qurma işləri aparılır: "Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 22 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olumaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır".

Nəcəflinin sözlərinə görə, sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır: "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb".

"Tikinti layihəsinə uyğun olaraq hazırda yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə yol əsasının inşası və asfaltlanma işləri aarılacaq. Yolun 150 min kv.m sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtük döşənəcək" — AYDA sözçüsü bildirib.

Əlavə edib ki, yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır: "Tikinti işlərinin isə tam olaraq yaxın aylarda yekunlaşdırlması nəzərdə tutulub".

Xəbər lenti
0