Ərdoğana elə bir məktub gəldi ki, ya qəzəb baş qaldıracaq, ya mərhəmət

© REUTERS / Murat CetinmuhurdarПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu cür həbslər Türkiyə Respublikasının dünyadakı hörmətinə, nüfuzuna xələl gətirir"

BAKI, 1 mart — Sputnik. Nobel mükafatının sahibi, dünyaca məşhur 38 nəfər yazıçı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb. Sputnik Azərbaycan xəbər verir ki, məktubun mətni Britaniyanın "The Guardian" qəzetində dərc olunub.

Aralarında Svetlana Aleksieviç (Svetlana Alexievich), J.M.Koetze (Coetze) və Kazuo İşiquronun (Kazuo Ishiguro) da olduğu məşhur ədiblər, Türkiyədə ömürlük həbsə məhkum olunan jurnalistlər Ahmet Altan, Mehmet Altan və Nazlı Ilıcakın azadlığa buraxılması üçün Ərdoğana müraciət ediblər.

© Photo : theguardianAhmet Altan və qardaşı Mehmet Altan
Ahmet Altan və qardaşı Mehmet Altan - Sputnik Azərbaycan
Ahmet Altan və qardaşı Mehmet Altan

Məktubda yazılır:

"Diqqətinizə çatdırmaq istəyir ki, bu cür həbslər Türkiyə Respublikasının dünyadakı hörmətinə, nüfuzuna xələl gətirir. Siz özünüz 1999-cu ildə səsləndirdiyiniz bir şeirə görə 10 aylıq həbsə atıldınız. Bu, ədalətli deyildi, hüquqa zidd və qəddarcasına idi. O vaxt sizi müdafiə edən insanlar, bu gün yaşananlar qarşısında dəhşətə düşüblər. Ümid edirik ki, ölkənizdə fövqəladə vəziyyət rejimi tezliklə aradan qalxar və haqsız yerə həbs edilən şəxslər azadlıqlarına qovuşarlar. Türkiyə yenidən azad dünyanın qürurlu üzvünə çevrilər".

Yazıçılar Ərdoğanın 2009-cu ildə mərhum yazıçı Çətin Altana mükafat təqdim edərkən işlətdiyi ifadələrə də diqqət çəkiblər: "Yadınızdadırsa, 2009-cu ildə yazıçı Çətin Altana mükafat təqdim edərkən belə bir ifadə işlətmişdiniz: "Türkiyə artıq yazıçıları, şairləri həbsə atan köhnə Türkiyə deyil. O dövr tamamən geridə qaldı". Cənab Ərdoğan, siz bu sözləri deyən zaman, həmin zalda mərhum Çətin Altanın oğulları Ahmet və Mehmet Altan da var idi. Hazırda onlar həbsdədir. Sizcə, bu, ziddiyyət deyilmi?".

Qeyd edək ki, jurnalistlər Ahmet Altan, Mehmet Altan və Nazlı Ilıcak FETÖ terror təşkilatının media təmsilçisi olmaqda təqsirli bilinərək ömürlük həbsə məhkum ediliblər. Onlar 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinin təbliğatını aparmaqda da günahlandırılır.

Xəbər lenti
0