BAKI, 1 mart — Sputnik. Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 800 m² olan şirniyyat sexində sahəsi 12 m² olan, plastik materialdan ibarət ofis otağı, 38 m² sahəyə yığılmış kağız və plastik qutular yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yüksək temperaturdan sexin lambirdən ibarət tavanı 200 m² sahədə əriyib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.