BAKI, 28 fevral — Sputnik. Sabirabad rayon sakini özünü bıçaqla vuraraq intihar edib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Sabirabadın Moranlı kənd sakini, 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Əlifağa oğlu ürək nahiyəsindən özünə bıçaqla xəsarət yetirib. V.Hüseynov Şirvan şəhər Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.