Paraşüt açılmadı, baxın nə oldu...

CC0 / skeeze / SkydivingParaşütlə tullanma
Paraşütlə tullanma - Sputnik Azərbaycan
Abunə olmaq
Zərəçəkən xəstəxanaya çatdırılıb, həkimlərin fikrincə onun həyati təhlükəsi yoxdur

BAKI, 28 fevral — Sputnik. Ekstremal idmançı açılmayan paraşütlə tullanarkən möcüzə nəticəsində sağ qalıb. Sputnik Azərbaycan xəbər verir ki, 78 metrlik binadan tullanmaq isveçli ekstrimal üçün az qala ölümlə nəticələnəcəkmiş. Dəhşətli kadrları ekstremalın dostu lentə alıb.

Məlumata görə, hadisə Stokholmda baş verib. İki idmançı aidiyyatı qurumlardan icazə almadan tullanmaq məqsədi ilə 24-mərtəbəli binanı seçiblər.

"Mən qonaq otağında televizora baxırdım. Paraşütlə göydə adamın uçduğunu görəndə düşündüm ki, "Aman Tanrım, nə baş verir?". Eyvana çıxdım və gördüm ki, adam normal şəkildə yerə endi" — deyə 12-ci mərtəbədə yaşayan şahid deyib.

İdmançının tullanmaq istəyən həmkarının bəxti isə o qədər də gətirməyib. Halbuki onun hazırlaşmağa zamanı çox olub. "O mənim eyvanımın önündən keçəndə paraşütü hələ açılmamışdı. Mən elə qorxdum ki, qışqırdım" – deyə bina sakini deyib.

Zərəçəkən xəstəxanaya çatdırılıb, həkimlərin fikrincə onun həyati təhlükəsi yoxdur.

 

Xəbər lenti
0