SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə rəhbərliyi gələn ay Bakıya gələcək

© AP Photo / Petros GiannakourisTürkiyənin baş naziri Binəli Yıldırım
Türkiyənin baş naziri Binəli Yıldırım - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirdə Azərbaycan və Türkiyə ilə yanaşı, Makedoniya, Monteneqro, Albaniya, Bosniya-Hersoqovina və s. ölkələrin hazırkı və keçmiş prezidentləri, hökumət başçıları da iştirak edəcək

BAKI, 28 fevral — Sputnik. Türkiyənin baş naziri Binali Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlu mart ayında Azərbaycana səfər edəcək. Bu barədə Sputnik-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Nazirlər Bakıya martın 15-18-də keçiriləcək VI Qlobal Forumda iştirak etmək üçün gələcəklər.

Qeyd edək ki, forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə Azərbaycan və Türkiyə ilə yanaşı, Makedoniya, Monteneqro, Albaniya, Bosniya-Hersoqovina və s. ölkələrin hazırkı və keçmiş prezidentləri, hökumət başçıları da iştirak edəcək.

Forum çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan bölgəsində mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

Xəbər lenti
0