Şübhəli zərf açıldı, 11 əsgər xəsarət aldı

© Photo : TimeturkABŞ-da hərbi hissədə polislər
ABŞ-da hərbi hissədə polislər - Sputnik Azərbaycan
Abunə olmaq
Qərargaha gələn məktub açılandan sonra 11 nəfərin halı pisləşib

BAKI, 28 fevral — Sputnik. ABŞ-ın paytaxtı Vaşinqtona yaxın ərazidə yerləşən hərbi hissəyə daxil olan şübhəli məktubun açılması nəticəsində təhlükəli hadisə baş verib və 11 hərbçi xəsarət alıb. Yaralılardan üçü xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, məlumatı bazaya gələn xilasedicilər "Twitter" hesablarında paylaşıblar. "Qərargaha gələn məktub açılandan sonra 11 nəfərin halı pisləşib. Xəstəxanaya yerləşdirilən 3 nəfərin vəziyyəti ortadır", — məlumatda bildirilir.

Hərbçilərin zəhərləndiyi güman olunur. Polis hadisə ilə bağlı araşdırma aparır.

Xəbər lenti
0