BAKI, 28 fevral — Sputnik. Türkiyənin Sinop limanında yük gəmisində partlayış baş verib.
Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, partlayışa güclü fırtına səbəb olub. Bir nəfər ölüb, bir nəfər də yaralanıb.
Ölən və yaralananların sayının artacağı istisna edilmir.
Hadisə yerinə çoxlu sayda xilasedicilər və polis əməkdaşları cəlb edilib.
Partlayışla bağlı hələ ki rəsmi açıqlama verilməyib.