Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Prezidentdən əhalinin sağlamlığının qorunmasına dair mühüm addım

© Official website of President of Azerbaijan Republicİlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib
İlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
"Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı" təsdiqlənib

BAKI, 28 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir..

Xəbər lenti
0