Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda 81 yaşlı ağır xəstə üzərində uğurlu əməliyyat keçirildi

© Sputnik / Varvara Gertye / Mediabanka keçidCərrahi əməliyyat, arxiv şəkli
Cərrahi əməliyyat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Professor: "Əməliyyat zamanı qarın boşluğundan 6 litrə yaxın irin, maye fibrin ərpləri xaric olundu. Həmin mədə nahiyyəsində olan perifriotrik dəlik tikildi"

BAKI, 28 fevral — Sputnik. Azərbaycan Tibb Universitetinin (ATU) III cərrahi xəstəliklər kafedrasında ağır xəstə üzərində 3 saat davam edən əməliyyat uğurla başa çatıb.

Bu barədə ATU-nun mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər.

Əməliyyatı icra edən III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalovun sözlərinə görə, 81 yaşlı xəstə ağır peritonitdən əziyyət çəkirmiş: "Xəstə 5 il öncə xəstəxanaların birində açıq ürək əməliyyatı keçirib. 10 gün öncə əməliyyat olunduğu klinikaya müraciət edərək, qarın nahiyyəsində ağrılardan şikayət edib. 3 gün xəstə ağır vəziyyətdə saxlanılıb. Belə ki, 81 yaşlı kişi ağır peritonitdən, yəni mədə xorasının deşilməsindən əziyyət çəkirmiş. Bu xəstə qanın durulaşması üçün dərmanlar qəbul etdiyinə görə medikamentoz perforasiya baş verib — mədəsi deşilib". 

Сотрудники подразделений специального назначения, фото из архива - Sputnik Azərbaycan
Dağıstanda əməliyyat keçirilir: Güc strukturlarında həbslər aparılır

Doktor Fariz Camalovun bildirdiyinə görə, xəstə pnevmoniya, ürək-damar çatışmamazlığı xəstəliklərindən əziyyət çəkdiyi üçün həkimlərin diqqəti əsas patologiyadan yayınıb. Həkimlər onun yalnız ürək və ağciyər sistemini müalicə ediblər: "Vəziyyəti gün-gündən ağırlaşan xəstə, sidik ləngiməsi, təngnəfəslik, qarında kəskin ağrılar səbəbi ilə bizə müraciət etdi. Və ətraflı müayinələr zamanı xəstədə "yayılmış peritonit" aşkarlandı. Xəstəni ATU-nun Tədris Cərrahiyyə Klinikasına köçürtdük. Qısamüddətli əməliyyatönü hazırlıqdan — sidik alındıqan, infuziya olunduqdan sonra xəstəni əməliyyat etdik. Əməliyyat zamanı qarın boşluğundan 6 litrə yaxın irin, maye fibrin ərpləri xaric olundu. Həmin mədə nahiyyəsində olan perifriotrik dəlik tikildi".

Ağır cərrahiyyə əməliyyatından 3 gün keçməsinə baxmayaraq, xəstənin halı həkimləri tam qane edir. F.Camalovun dediyinə görə, xəstə əməliyyatdan 4 saat sonra süni nəfəs aparatından ayrılıb: "Onu da qeyd edim ki, kardioloqların tərəddüdü, təkidi var idi ki, xəstə ağırdır, əməliyyat qəti olmaz. Amma xəstədə peritonit olduğuna görə, həyati göstərişləri bu əməliyyatı vacib bildiyinə görə, biz onu əməliyyat etdik. Əməliyyat 3 saat davam etdi və çox yaxşı nəticələndi".

F.Camalov ATU-nun III cərrahi xəstəliklər kafedrasının potensialının çox böyük olduğunu qeyd edir. Klinikada istənilən əməliyyatı həyata keçirmək üçün yüksək texniki avadanlıqlar var: "Biz həzm traktının xəstəlikləri, xoş və bəd xassəli şişləri, qida borusunun xərçəngi, mədə xoraları, palippozlar, paliplər, yoğun bağırsağın, nazik bağırsağın bəd və xoşxassəli şişləri və digər patalogiyaları, aşağı ətrafların varikoz genişlənməsi (ənənəvi və lazer üsulu ilə) ilə məşğul oluruq. Kafedra olaraq, bizim özümüzdə həmçinin dopler aparatı var. Hansı ki, o aparat vasitəsilə venaların xəstəliklərini təyin edə bilirik".

Xəbər lenti
0