BAKI, 27 fevral — Sputnik. "MDB ölkələri arasında iqtisadi problem yaradan əsas səbəblərin üzərində dayanmaq lazımdır". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad elmləri namizədi Elşad Məmmədov deyib.
O bildirib ki, MDB ölkələrinin bütün iqtisadi elitalarının səhvləri olub: "Nəticədə ölkələr arasındakı inteqrasiya prosesləri məhv olub. Bu əlaqələrin dağılması ümumi daxili məhsulun iki dəfə azalmasına səbəb olub. Bu azalmanın 50 faizi sənaye kooperasiyasının pisləşməsi ilə bağlıdır. Ümumiyyətlə, bizim ölkələrdəki iqtisadi problemlər oxşardır".