BAKI, 27 fevral — Sputnik. Tailandda 10 nəfər rusiyalı qeyri-leqal seks treninq keçidriklərinə görə saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, onların arasında Aleks Lesli ləqəbli Aleksandr Kirillov da var. Onlar bazar günü axşam saatlarında turizm şəhəri Pattayın mehmanxanalarından birində saxlanılıblar.
Rusiyalıları viza müddəti bitdikdən sonra ölkədə qalma və rəsmi icazə olmadan işləmək maddələri ilə günahlandırılıb.
Bütün saxlanılanlar treninqdə təlimçi kimi çıxış edib, cəzbetmə və seks texnikaları haqqında çıxış ediblər. Treninqin dinləyicisi olan 43 nəfər isə izahat verdikdən sonra azad edilib. Onların hər biri treninqdə iştirak etmək üçün 5 günə 650 dollar pul ödəyib.
"Treninq internet üzərində reklam edilirdi. Reklamın rus dilində olması bizə harada keçirildiyini tapmaqda çətinlik yaratmadı", – deyə bildirilib.
Hələ ki, saxlanıların siyahısı KİV-ə təqdim edilməyib. Rusiya səfirliyindən verilən məlumata görə, saxlanılanlar ölkədən deportasiya ediləcək.