Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda qadını zorlayıb öldürən şəxsə 20 il iş verildi

© Sputnik / Tabyldy Kadyrbekov / Fotobanka keçməkMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
F.Nuriyev Sevda Bayramovanı əvvəl zorlayıb, sonra isə boğaraq öldürüb

BAKI, 27 fevral — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qətl törətməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Nuriyev 20 il müddətinə azadlıqdan məhrum edilib.

Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Beynəlxalq Bankın sabiq filial direktoru həbs edilib

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında F.Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, F.Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramovanı qətlə yetirib. Məlumata görə, o, mərhumu əvvəl zorlayıb, sonra isə boğaraq öldürüb. Ailəli S.Bayramova 2 övlad anası olub.

F.Nuriyev idmanla məşğul olub, Sumqayıtda 10 nömrəli məktəbdə məşq keçirmiş. O, Sumqayıtda 3-cü mikrorayonda yaşayıb və bir azyaşlı övladı var.

F.Nuriyev Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci (zorlama), 1501.1-ci (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (qəsdən adam öldürmə, zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddəsi ilə ittiham edilib.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала