BAKI, 27 fevral — Sputnik. Haqqında qırmızı bülleten çıxarılan, Çexiyanın paytaxtı Praqada iki gün öncə İnterpol tərəfindən həbs olunan PYD terror təşkilatının keçmiş lideri Saleh Müslim Türkiyənin bütün israrlarına rəğmən, Ankaraya təhvil verilməyib. Sputnik Azərbaycan "CNN Türk"-ə istinadən xəbər verir ki, Çexiya məhkəməsi terrorçu lideri bu gün azadlığa buraxıb.
Məsələ ilə bağlı Ankaranın mövqeyi maraqla gözlənilir.
Qeyd edək ki, Saleh Müslim Afrində Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşən PYD terror təşkilatının keçmiş lideridir. O, hazırda Avropa ölkələrində təşkilatın təbliğatı ilə məşğuldur.