BAKI, 27 fevral — Sputnik. Dünyanın ən ağır adamı olaraq tanınan meksikalı Pedro Franko nə az, nə çox, özünü 250 kiloqram arıqladıb. Sputnik Azərbaycan "NDTV"yə istinadən bildirir ki, ötən il çəkisi 590 kilo olan Franko indi 340 kiloya düşüb.
Çəkisi anormal dərəcədə ağır olan Pedro cərrahiyyə əməliyyatı nəticəsində mədəsinin ölçülərini kiçiltimək qərarına gəlib. Üç ay boyunca ciddi pəhriz saxlayan meksikalı sonra iki əməliyyat keçirib və mədəsinin yarısı kəsilərək götürülüb.
Meksikanın qərbindəki Qvadalahara şəhərində yaşayan Pedro Franko daha da arıqlamaq niyyətində olduğunu deyib.