BAKI, 27 fevral — Sputnik. Avropa İttifaqı (Aİ) Şimali Koreyaya (KXDR) qarşı sanksiyaları gücləndirib. Sputnik xəbər verir ki, Aİ, həmçinin KXDR ilə olan ticari məhdudiyyətləri də sərtləşdirib. Şimali Koreyadan olan bütün işçilərin Avropadan çıxarılmasına qərar verilib.
Bu barədə qərar Avropa İttifaqı Xarici İşlər Nazirləri səviyyəsində keçirilən yığıncaqda qəbul olunub.
"Avropa İttifaqı Şurası Şimali Koreyaya qarşı sanksiyaları gücləndirib. Qərar BMT Təhlükəsizlik Şurasının 2397 saylı son qətnaməsinin tələblərinə uyğunlaşdırıb", — bəyanatda bildirilib.