Adil Qeybulla: “Qrip əleyhinə vaksinasiyanı effektiv müabrizə üsulu saymıram”
Son vaxtlar əhali arasında kəskin virus infeksiyası yayılması müşahidə olunur. Həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, qrip virusu hər il yeni xassələrlə peyda olur:
“Ona görə də qrip vaksininin əmələ gətirdiyi antitellər həmin yeni virusa qarşı aktiv olmur. Təcrübə də göstərir ki, vaksinasiya işləri koorparativ maraq daşıyır. Mən qrip əleyhinə vaksinasiyanı effektiv müabrizə üsulu saymıram. İndi Azərbaycanda yayılan bu formanın qrip olduğu da aydın deyil”, — deyə o bildirib.