Gürcüstan paytaxtında həyəcanlı anlar - İrimiqyaslı yanğın baş verib

© Sputnik/Alexander İmedashviliTbilisidə yanğın
Tbilisidə yanğın - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Tbilisi şəhərinin mərkəzində yerləşən böyük əşya bazarında yanğın baş verib

BAKI, 27 fevral — Sputnik. Gürcüstan paytaxtında həyəcanlı anlar yaşanmaqdadır.

Tbilisi şəhərinin mərkəzində yerləşən böyük əşya bazarında yanğın baş verib. Əraziyə təqribən 35 yanğınsöndürmə briqadası cəlb olunub.

Sputnik Gürcüstan xəbər verir ki, yanğının səbəbləri hələlik məlum deyil. Tbilisinin meri Kaxa Kaladze hadisə yerinə gedib.

Bazarda yerləşən dükanların sahibləri öz mallarını xilas etməyə çalışırlar. Təcili yardım briqadaları və patrul polisinin nümayəndələri hadisə yerinə cəlb edilib. Hazırda 35 yanğınsöndürmə briqadası hadisə yerindədir.

Bazara bitişik ərazilər təcrid edilib, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Xəbər lenti
0