Bakıda böyük dəyişiklik olacaq

Abunə olmaq
Səkkiz hektar ərazidə yaşıllığın salınması nəzərdə tutulub

BAKI, 27 fevral — Sputnik. Bakıda nəhəng piyada körpüsü inşa edilir. Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətindən məlumat verilib.

© © Kompüter maketi / AYDA mətbuat xidməti tərəfindən təqdim edilibBakıda inşa ediləcək yeni piyada körpüsünün maketi
Bakıda inşa ediləcək yeni piyada körpüsünün maketi - Sputnik Azərbaycan
Bakıda inşa ediləcək yeni piyada körpüsünün maketi

Yerüstü park-körpü "Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində və "Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri" layihəsinin II mərhələsi çərçivəsində inşa edilir.

Bu mərhələdə Təzəpir məscidi qarşısında sahəsi 11.631 kv. metr olan, 338 avtomobil üçün yeraltı dayanacaq, Füzuli və Mirzəağa Əliyev küçələrinin üzərindən keçən, uzunluğu 112 və eni 52 metr olan piyada körpüsü, 11.650 kv. metr – Park, 8 hektar ərazidə yaşıllığın salınması nəzərdə tutulub.

© © Kompüter maketi / AYDA mətbuat xidməti tərəfindən təqdim edilibBakıda inşa ediləcək yeni piyada körpüsünün maketi
Bakıda inşa ediləcək yeni piyada körpüsünün maketi - Sputnik Azərbaycan
Bakıda inşa ediləcək yeni piyada körpüsünün maketi

Hal-hazırda avtomobil dayanacağının tikintisi üzrə işlərin 50 faizi yerinə yetirilib, Füzuli və Mirzəağa Əliyev küçələrinin üzərindən keçən piyada körpüsünün dayaqlarının tikintisi başa çatıb, yaşıllıq salınacaq ərazidə relyefin layihəyə uyğun şəkildə düzəldilməsi işləri aparılır.

Xəbər lenti
0