BAKI, 27 fevral — Sputnik. ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Maliyyə nazirliyinin məlumatında bildirilir.
Məlumata əsasən, yeni sanksiyalar qeyri-qanuni neft məhsullarının satışı ilə məşğul olan özəl qurumlara və şəxslərə yönəldilib. Sanksiya siyahısına 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi daxil edilib.
“Neftin qeyri-qanuni satışı Liviyanın suverenliyini pozur, “qara bazar”ı genişləndirir və ölkədə qeyri-sabitliyin artmasına səbəb olur”, məlumatda deyilir. ABŞ vətəndaşları və təşkilatlarına “qara siyahı”ya daxil edilən şəxslər və şirkətlərlə əməkdaşlıq etmək qadağan edilib.