BAKI, 26 fevral — Sputnik. Türkiyənin xüsusi təyinatlı qüvvələri Suriyanın Afrin bölgəsinə girib. Sputnik Azərbaycan SABAH-a istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, xüsusi təyinatlılar məhəllə aralarında gizlənən terrorçuları məhv eləmək üçün Afrin şəhərinə göndərilib. Bundan başqa, bölgəyə ağır zirehli texnikalar da göndərilir. Afrinə tərəf hərəkət edən tanklar yerli sakinlər tərəfindən sevinclə qarşılanıb.