Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şimal bölgəsində qorxunc hadisə

CC BY 3.0 / Dart Revan / HachmazXaçmaz rayonun girişi
Xaçmaz rayonun girişi - Sputnik Azərbaycan
Abunə olmaq
Xaçmaz Rayon Prokurorluğu faktla bağlı araşdırmalara başlayıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 26 fevral — Sputnik. Dünən gecə saatlarında Quba rayon İqrik kənd sakini, 73 yaşlı Sabir Manafovu qatar vurub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Xaçmaz rayonunun Ağçay kəndi ərzisində baş verib.

Hadisənin intihar hadisəsi olduğu ehtimal olunur. Belə ki, əmisi oğlu Süleymn Manafovun evinə qonaq gələn S.Manafov avtomobilini qohumunun evinin qarşısında qoyaraq qatar yoluna çıxıb.

Sabir Manafovun prostat vəzinin kəskin ağrılarından əziyyət çəkdiyi deyilir. Bu səbəbdən yaşlı kişinin ağrılara dözməyərək özünü qatarın altına atdığı ehtimal edilir.

Xaçmaz Rayon Prokurorluğu ölüm faktına görə araşdırmalara başlayıb. Sabir Manafovun intihar edib-etmədiyi də araşdırmaların sonunda bəlli olacaq.

Xəbər lenti
0