BAKI, 26 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSQ/TSK) Azad Suriya Ordusu (ASO) ilə birgə Afrin bölgəsində başlatdığı "Zeytun budağı" əməliyyatı uğurla davam edir. Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, yanvarın 20-dən indiyədək davam edən əməliyyatlar nəticəsində PYD terrorçularından azad edilən yaşayış məntəqələrinin sayı 150-yə çatıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamaya görə, bu müddət ərzində 2059 terrorçu məhv edilib. Zərərsizləşdirilən terrorçular arasında PKK/KCK/PYD-YPG üzvləri ilə yanaşı İŞİD mənsubları da var.