Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 26 fevral — Sputnik. Fevralın 24-də Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 1968-ci il təvəllüdlü Masallı şəhərində doğulan və əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunan Masallı şəhəri Ə.Əliyev küçəsi, ev 4 ünvanında yaşayan Hüseynov Vüsal İntizam oğlu Masallı şəhərində saxlanılaraq Rayon Polis Şöbəsinə dəvət olunub.
![Vüsal Hüseynov, saxlanılan şəxs Vüsal Hüseynov, saxlanılan şəxs - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/41421/72/414217219_0:0:774:484_600x0_80_0_0_16f211ba7a3ebfca2da0f328f9423333.jpg)
Saxlanılan şəxsin üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol iç cibindən 21,741 qram və əlində olan sellofan torbadan 2 kiloqram 200 qram, ümumilikdə təmiz çəkisi 2 kq 221 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.