Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 26 fevral — Sputnik. Cəlilabad rayonunda avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, hadisə rayonun Qarazəncirli kəndində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılar: Masallı rayonunun Güllütəpə kənd sakinləri, 1991-ci il təvəllüdlü Nicat Manafov, 1989-cu il təvəllüdlü Şəlalə Manafova, 1967-ci il təvəllüdlü Əli Əliyev, 1970-ci il təvəllüdlü Dürdanə Manafova və 1987-ci il təvəllüdlü Qədir Nəsirov.
Yaralılardan D.Manafovanın vəziyyətinin ağır olduğu bildirilir. Belə ki, o, kəllə-beyin travması alıb. Qəzanın baş verməsinə səbəb dumanlı hava şəraiti olub. Faktla bağlı araşdırma davam etdirilir.