BAKI, 26 fevral — Sputnik. Azərbaycanın Xalq artisti Aygün Kazımova ilk dəfə olaraq Minskdəki "Opera" adlı məşhur kazinoda solo konsertlə çıxış edib. Bu barədə Sputnik Azərbaycan-a müğənninin dostları məlumat veriblər.
O, tamaşaçılara özünün köhnə və yeni mahnılarından ibarət konsert proqramını təqdim edib. Müğənni bütün mahnılarını azərbaycanlı musiqiçilərin müşayiəti altında ifa edib.
Kazımova gecəyə fiqurasının bütün gözəlliyini nümayiş etdirən möhtəşəm ziyafət paltarı ilə damğasını vurub. Müğənninin cazibəli fiqurası qarşısında "əriyən" Belarus kişiləri Kazımovanı çiçəklərə qərq ediblər.
Ölkəyə qayıdandan sonra müğənni yeni layihələr üzərində işləmək niyyətindədir. Qeyd edək ki, Minskin "Opera" kazinosu yüksək gəlirli ziyarətçilər üçün nəzərdə tutulmuş elit qumarxanadır.
Aygün Kazımova Azərbaycan pop musiqisi tarixinin ən məşhur müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb.
1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmada laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.