BAKI, 25 fevral — Sputnik. PYD/PKK terror təşkilatının qırmızı bülletenlə axtarılan keçmiş rəhbəri Salih Müslim Çexiyanın paytaxtı Praqada həbs edilib. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, onu Türkiyənin tələbi ilə həbs ediblər.
Hazırda rəsmi Ankara Müslimin Türkiyəyə təhvil verilməsi üçün fəaliyyətə başlayıb.
1951-ci ildə Hələbdə dünyaya gələn Salih Müslim suriyalıdır. Kürd əsillə ailənin övladı olan Müslim 1970-ci ildə İstanbulda yaşayıb və 1977-ci ildə universiteti bitirib. Onun başına 4 milyon lirə mükafat təyin edilib.
Qeyd edək ki, bir müddət öncə PKK/PYD terror təşkilatının liderliyindən gedən Müslim beşulduzlu oteldə saxlanılıb.