Milyonların sevimlisi qəflətən vəfat edib

© AP Photo / Lionel CironneauŞridevi
Şridevi - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Aktrisa və prodüser olan Şridevi hind kinosunun əfsanələrindən sayılır

BAKI, 25 fevral — Sputnik. Məşhur hind aktrisası Şridevi 54 yaşında vəfat edi. Sputnik Azərbaycan "NDTV"yə istinadla xəbər verir ki, onun ölümünə ürəyinin dayanması səbəb olub.

Hind kinosunun ulduzu Dubayda vəfat edib. Aktrisa Birləşmiş Ərəb Əmirliklərinə həyat yoldaşı, prodüser Boni Kapur və kiçik qızı ilə bir yerdə toyda iştirak etmək üçün gedibmiş.

Hindistan prezidenti Ram Natx Kovind aktrisanın ölümü ilə bağlı başsağlığı verib.

Aktrisa və prodüser olan Şridevi hind kinosunun əfsanələrindən sayılır. O, karyerası ərzində 265 filmdə çəkilib. Azərbaycanın yaşlı tamaşaçıları onu "Kədərli hekayə", "Hədiyyə", "Çandni", "Sevgi anı" və digər filmlərdən tanıyır.

Xəbər lenti
0