İraqda 16 türk qadına ölüm hökmü çıxarıldı

© AFP 2024 / AHMAD AL-RUBAYE Эмблема Исламского государства, фото из архива
Эмблема Исламского государства, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Edam ediləcək qadınlar İŞİD üzvləridir

BAKI, 25 fevral — Sputnik. İraq məhkəməsi İŞİD terror təşkilatına üzv olmaq ittihamı ilə Türkiyənin 16 vətəndaşı barədə ölüm hökmü çıxarıb. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, məhkəmə, barələrində edam cəzası çıxarılanların hamısının qadın olduğunu açıqlayıb.

Hakim Əbdül Səttar əl-Birkdar yekun hökm çıxarılan zaman deyib: "Bu qadınlar İŞİD üzvü olduqları və İŞİD üzvü olan şəxslərlə evli olduqlarını etiraf etdikdən sonra belə qərar çıxarılıb".

Hakim, qadınların terror aksiyalarının həyata keçirilməsinə dəstək olduqları və yaxından köməklik göstərdiklərini etiraf etdiklərini də vurğulayıb.

Qeyd edək ki, İraq məhkəməsi ötən həftə İŞİD üzvü olan başqa bir türk qadın barəsində də edam hökmü çıxarmışdı.

Xəbər lenti
0