CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan səhnəsinin primadonnası

© Photo : Publika.azİlhamə Quliyeva
İlhamə Quliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
İlhamə Quliyevanın vəfat səbəbi keçirilən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi nəticəsində məlum olub

BAKI, 25 fevral — Sputnik. 2016-cı il fevralın 25-də müğənni-xanəndə, Azərbaycanın Xalq artisti İlhamə Quliyeva vəfat edib.

İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti idi.

İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən İlhamə Quliyevanın evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, o, artıq dünyasını dəyişmişdi. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda, anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn edilib. İlhamə Quliyevanın vəfat səbəbi keçirilən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi nəticəsində məlum olub.

Xəbər lenti
0