Dünyanın bir hissəsi möhkəm silkələndi

© AFP 2024 / JIJI PRESS / STRYaponiyada zəlzələ, arxiv şəkli
Yaponiyada zəlzələ, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Papua-Yeni Qvineyada 7,6, Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

BAKI, 25 fevral — Sputnik. Sakit okeanda yerləşən Papua-Yeni Qvineyada güclü zəlzələ olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, ABŞ Geoloji Xidməti təkanların gücünün 7,6 bala çatdığını bildirib.

Təkanlar Bakı vaxtı ilə saat 22 radələrində Porqer şəhərindən 92 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.

Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

Bundan təxminən 1 saat öncə isə Yaponiyanın şərq sahilində 5,7 bal gücündə təkanlar qeydə alınıb. Zəlzələ Xonsyu adasındakı Fukusima prefekturasının İvaki şəhərindən 96 kilometr aralıda, 40 kilometr dərinlikdə baş verib.

Ölən və yaralananlar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.

Xəbər lenti
0