BAKI, 25 fevral — Sputnik. Aktyor, Əməkdar artist Rafiq Hüseynov ağır xəstəlikdən əziyyət çəkir.
Sputnik Azərbaycan milli.az-a istinadən xəbər verir ki, bir qrup gənc aktyor Əməkdar artisti ziyarətə gedib.
Videodan da aydın görünür ki, aktyor tanınmaz hala düşüb, üstəlik çətinliklə danışır.
Qeyd edək ki, Rafiq Hüseynov 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. O, aktyorluqdan əlavə rejissor kimi də bir neçə tamaşaya quruluş verib.