BAKI, 24 fevral — Sputnik. Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, təxminən 40-45 yaşlarında olan kişi özünü 45-ci məhəllə ərazisində yerləşən 14 mərtəbəli binadan ataraq intihar edib.
Onun şəxsiyyəti hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.