CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Savalanı niyə tez-tez su basır?

© Sputnik / Irade JELILMaştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət
Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
“Rütubətli, nəmişlik yerlərdə müxtəlif xəstəliklər yaranır”

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivi nisbətən yeni salınan yaşayış məntəqəsidir. Əvvəllər bu ərazilər çöllük olub. Zamanla torpaqlar satılıb və yeni evlər, obyektlər tikilib. Deyilən görə, ərazinin yaxınlığında göl olduğu üçün ərazidə həmişə insan boyu qamışlar olurmuş. 90-cı illərdən sonra isə həmin qamışlıq ərazilərdə evlər tikilməyə başlayıb.

İndi Savalanda çox sayda evlər var. Ancaq bir balaca yağıntı olan kimi yaşayış massivini su basır. Evlər arası yollar palçıq, lillə dolur, keçilməz həddə çatır. Yağıntının çox olduğu dövrlərdə isə su evlərə qədər gedib çıxır. Evlər nəm çəkir, bəzi həyətlər isə sudan keçilməz vəziyyətə düşür.

© Sputnik / Irade JELILMaştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət
Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət - Sputnik Azərbaycan
Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət

Təbii ki, bu durum ərazidə yaşayan insanları olduqca narahat edir. Savalan yaşayış massivinin çıxılmaz vəziyyətdə qalan sakini Sabir Məmmədov Sputnik Azərbaycan-a müraciət edərək mövcud problemi araşdırmağımızı xahiş edir. O deyir ki, 4-5 ildir ki, Savalanda torpaq alıb, ev tikib. Amma evində can rahatlığı ilə yaşamaq ona qismət olmayıb.

Sakin bildirir ki, xüsusən payız-qış aylarında ərazidə yerdən su çıxır və bu su evlərə, həyətlərə dolur: " Bir qədər yağış yağan kimi həyətlərə dolur. Küçələr keçilməz vəziyyətə düşür. Biz burada torpağın sotunu 4-5 min manata almışıq. İndi isə vəziyyət elə bir hal alıb ki, dərdimizi deyəcək kimsə yoxdur? Sadəcə bilmək istəyirik, Savalanı niyə hər il su basır?"

© Sputnik / Irade JELILMaştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət /
Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət / - Sputnik Azərbaycan
Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət /

S.Məmmədovun sualını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralova ünvanladıq.

Ə.Qaralov mövcud problemə belə aydınlıq gətirdi: “Ərazidə Abşeron su kanalı yerləşir. Bu kanal damar rolunu oynayırdı. Ceyranbatandan gəlib, Türkanda əraziləri dolaşa-dolaşa dənizə gedirdi. Suvarma və başqa məqsədlər üçün də istifadə edilirdi. Hal-hazırda kanal quruyub. Son zamanlar müəyyən yerlərdə subasmaların qarşısını almaq üçün kanallara kanalizasiya suları vurulur. Bu səbəbdən də torpaqda doyma baş verir”.

Qaralovun onu da əlavə etdi ki, bu ərazilərdə son zamanlar subasmaların artmasının əsas səbəblərindən biri də oradakı yaşayış sahələrinın, evlərin sayının çoxalmasıdır: "Həmin ərazilərdə kanalizasiya sistemi də yoxdur. Hamı şambo qazıb. Hətta orada yamac hissələrdə  zirzəmilərin divarları nəm çəkib”.

“İkinci səbəb odur ki, atmosfer suları və texnogen amillərlə bağlı qurunt sularının səviyyəsi qalxır. Bu, atmosfer suları, texnogen amillərlə bağlı olaraq artır", — o dedi.

© Sputnik / Irade JELILMaştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət /
Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət / - Sputnik Azərbaycan
Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət /

Qaralov vurğuladı ki, subasmalarının digər səbəbi də çəkilən avtomobil yollardır: “Bakı-dairəvi yolunun çəkilməsi, Maştağa yolunun bərpası infrastruktur üçün çox önəmlidir. Ancaq yollar salınan zaman suların təbii süzülməsinin qarşısı alınır. Sular təbii olaraq şimal istiqamətdən dəniz istiqamətinə süzülüb dənizə tökülürdü. İndi isə su axmağa, süzülməyə yer tapmır və su çıxmağa yer tapmayanda evlərə dolur”.

Qaralov qeyd etdi ki, bu vəziyyət bir çox yeni salınmış yaşayış məntəqəsində mövcuddur və problemin qarşısının alınması üçün evlər planlı şəkildə tikilməlidir: "Ancaq təəssüf olsun ki, evlər plansız şəkildə tikilir və bunun da zərərini insanlar çəkir. Elə evlər var ki, suyun içindən keçmək üçün daşların üzəriylə gedirlər”.

“Hökməlidəki (At yalında) Nübar qəsəbəsində yeni evlər salınıb. Amma evlərdə çox saylı zədələr var. Səbəb odur ki, yamac kəsilib, evlər salınıb. Torpaq qatı doyub, bu da özünü sürüşmə ilə göstərir. Savalan Daş Karxanası, Şuşa şəhərciyi, Zabrat gölü, Məhəmmədi gölü, Qalada Dəmiryolu, Binəqədidə isə İbrahimov deyilən ərazilərdə subasmalar artır", — o bildirdi.

© Sputnik / Irade JELILMaştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət
Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət  - Sputnik Azərbaycan
Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət

Təbii ki, Savalan massivinin sakinlərinin üzləşdiyi bu vəziyyət təkcə onların yaşayış şərtlərini ağırlaşdırmır. Ərazinin su içində olması həm də insanların sağlıq durumuna ciddi təhdiddir.

Sputnik Azərbaycan-ın problemin bu yönü ilə bağlı sualına isə terapevt Mətanət Cəfərova aydınlıq gətirdi.

O vurğuladı ki, rütubət, nəmişlik insan orqanizminə mənfi təsir edir: “Bu, 5 yaşına qədər uşaqlara, ahıllara və yeniyetmələrə daha çox zərər verir. Nəmişlik ərazilərdə tənəffüs sistemi xəstəliklərinə daha çox rast gəlinir. Vərəm, bronxial astma, xroniki bronxit və bu kimi xəstəliklər nəmişlik və rütubət ərazilərdə daha çox yayılır".

Həkim bildirdi ki, nəmişlik ərazilərdə kif göbələklərinin də inkişafı sürətli gedir. Və bu göbələklər yuxarı tənəffüs yolları ilə aşağı tənəffüs yollarına qədər çata bilir. Bu da müxtəlif ağciyər xəstəliklərinə, xüsusən də sətəlcəmə gətirib çıxarır.

“Bununla yanaşı, nəmiş və rütubətli ərazilərdə yaşayanlarda sümük-oynaq xəstəlikləri, revmatizm, revmatoid-artritlər, poli-artritlər müşahidə edilir. Bu xəstəliklər özünü sümük və oynaq ağrıları ilə göstərir”, — o əlavə etdi.

© Sputnik / Irade JELILMaştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət
Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət  - Sputnik Azərbaycan
Maştağa qəsəbəsində yerləşən Savalan yaşayış massivində hazırkı vəziyyət

M.Cəfərovanın sözlərinə görə, rütubət çox olan yerlərdə dəri xəstəlikləri də sürətlə inkişaf edir: “Belə havalarda dərinin və bədənin müqaviməti aşağı enmiş olur və bu zaman dəri xəstəlikləri yaranır ki, müalicəsi daha çox zaman alır. Nəmişlik yerlərdə, həmçinin allergik reaksiyalar da artır”.

Həkim onu da qeyd etdi ki, rütubətli evdə saxlanılan qidaların da keyfiyyəti pozulur. Və qidaların qəbulu zamanı mədə bağırsaq xəstəlikləri də ortaya çıxır.

“Rütubətli evdə yaşamaq insanın əqli və fiziki iş qabiliyyətinə də təsir edir. Rütubətli yerlərdə yaşayan və işləyən insanlarda hər zaman əqli və fiziki zəiflik də müşahidə olunur”, — M.Cəfərova fikrini tamamladı.

Xəbər lenti
0