BAKI, 24 fevral — Sputnik. Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasında qəbul edilən qondarma "erməni soyqırımı" barədə qərarın lehinə Türkiyə əsilli 5 millət vəkili də səs verib.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Türkiyə əsilli millət vəkilləri tərəfindən yaradılan Denk partiyasından başqa bütün partiyalar bu qərara dəstək verib. Denk partiyasından olan Tunahan Kuzu və Səlcuq Öztürk, eləcə də partiyanın Mərakeş əsilli millət vəkili qondarma "erməni soyqırımı" qərarının əleyhinə çıxıblar.
Müxtəlif partiyalarda təmsil olunan və qərarın lehinə səs verən Türkiyə əsilli 5 millət vəkilləri isə bunlardır — Dilan Yeşilgöz, Nevin Özütok, Zihni Özdil, Saadet Karabulut və Cem Laçin. Bunlar qondarma "erməni soyqırımı" ilə əlaqədar qərarın lehinə səs verərək bir daha Türkiyə əleyhinə olduqlarını göstəriblər.
Qeyd edək ki, fevralın 22-də Niderland parlamentinin Aşağı Palatası 1915-ci il hadisələrini qondarma "erməni soyqırımı" kimi tanınması ilə bağlı təklifi qəbul edib. Parlament 1915-ci il hadisələrini "soyqırımı" kimi qəbul edib. Qərarın lehinə 142 deputat, əleyhinə 3 deputat səs verib. Əleyhinə olanlar türklərin qurduğu Denk partiyasının üzvləri olub.