CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident təqaüdü də artırıldı

Abunə olmaq
Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün aylıq məbləği 10 faiz artırılır

BAKI, 24 fevral — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılır.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Xəbər lenti
0