CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç ay əvvəl itkin düşən Qusar sakini tapıldı

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 24 fevral— Sputnik. Qusarda itkin düşən şəxs tapılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 21 fevral 2018-ci il tarixdə axşam saatlarında Abşeron rayon Xırdalan şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Xəbər lenti
0