CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İbtidai siniflərdə şagird sıxlığının səbəbi nədir?

© Sputnik / Murad OrujovПервоклассник в День знаний в одной из школ Баку
Первоклассник в День знаний в одной из школ Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Valideynlər isə siniflərdə uşaqların sayının çoxluğundan şikayət edirlər. Bizim bu uşaqları qəbul etməməyə haqqımız yoxdur"

BAKI, 24 fevral — Sputnik "Bakıda qeydiyyatsız yaşayan sakinlərin çoxluğu, əhalinin Bakıya axını uşaqların məktəblərdə rahat yerləşdirilməsi prosesində problemlər yaradır".

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, qeyd olunan səbəblərdən bəzən ibtidai siniflərdə şagirdlərin sayı 40-a çatır: "Valideynlər isə siniflərdə uşaqların sayının çoxluğundan şikayət edirlər. Bizim bu uşaqları qəbul etməməyə haqqımız yoxdur".

M.Vəliyeva qeyd edib ki, Bakıda fəaliyyət göstərən 317 məktəbin yalnız 31-nə şagird qəbulu zamanı ərazi prinsipi qoyulub: "İlk olaraq məktəbin ərazisində yaşayan valideynlərin uşaqlarını həmin təhsil ocaqlarına yerləşdiririk. Həmçinin uşağın bacı-qardaşı seçdiyi məktəbdə oxuyursa, valideynlərindən biri orada işləyirsə, həmin şagirdləri seçdikləri məktəbə qəbul edirik. Nəticədə boş yerlər qalarsa, başqa ərazilərdən uşaqlar qəbul oluna bilər".

Xəbər lenti
0