CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qəribə intihar cəhdi: İki dost boğazını kəsdi

CC BY 2.0 / Lucia Sanchez / KnifeНож, фото из архива
Нож, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki yaralı polislərin nəzarəti altında xəstəxanaya yerləşdirilib

BAKI, 24 fevral — Sputnik. Xətai rayonunda intihara cəhd hadisələri qeydə alınıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisələr Qaçaq Nəbi və Səməd bəy Mehmandarov küçələrində baş verib.

1992-ci il təvəllüdlü Əsədullayev Elşad Elşən oğlu və 1982-ci il təvəllüdlü Abbasov Ənvər oğurlanmış su nasoslarını Səməd bəy Mehmandarov küçəsində satarkən hüquq-mühafizə orqanlarının əməkdaşları onların izinə düşüb. E.Əsədullayev qaçaraq Qaçaq Nəbi küçəsindəki evində gizlənməklə boğazını kəsərək intihara cəhd göstərib.

Ə.Abbasov isə qaçmağa macal tapmayıb. Lakin o da boğazını kəsərək məsuliyyətdən yayınmaq istəyib.

Hər iki yaralı polislərin nəzarəti altında xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, onlar əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə həbsdə olublar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0