Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yol qəzalarının ən böyük səbəbi açıqlandı...

CC0 / Free-Photos / brokenQəzaya düşmüş avtomobil, arxiv şəkli
Qəzaya düşmüş avtomobil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Çala-çuxurlar və qabarıqlar konkret təhlükələri doğurur

BAKI, 23 fevral — Sputnik. "Yol hərəkəti təhlükəsizliyi ilə bağlı rəsmi məlumatları nəzərdən keçirərkən həmişə səbəb olaraq göstərilən, sürücülərin, piyadaların intizamsızlığı olur". Bu barədə hüquqşünas Ərşad Hüseynov öz "facebook" səhifəsində yazıb. O bildirib ki, yolda qəzalara səbəb olan kifayət qədər ciddi, xeyli sayda başqa amillər də var. 

Сотрудники ДПС в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Yol hərəkəti haqqında" qanunda dəyişikliklər təsdiqləndi

"Məsələn, yollardakı çala-çuxurların və qabarıqların doğurduğu təhlükələri və ziyanları nəzərdən keçirək. Belə çala-çuxurlar və qabarıqlar aşağıdakı konkret təhlükələri doğurur: Nisbətən yüksək sürətlə çala-çuxura düşən, yaxud yolun qabarıq yerinə toxunan avtomobil idarəetmədən çıxaraq aşa, yaxud yolda olan digər avtomobillərlə və ya başqa maneələrlə toqquşa bilər. Sürücü çala-çuxura düşməmək üçün lazımsız manevrlər edir, bunun üçün başqa zolağa, bəzən hətta əks istiqamətli hərkət olan zolağa çıxır. Bu isə aşkar qəza risqidir. Çala-çuxurları olan yolda hərəkət edən sürücünün gözləri yolda növbəti çala-çuxuru axtarır, ona görə də ümumi yol şəraitinə nəzarət edə bilmir, qabaqda yaranan və ya yarana biləcək qəza vəziyyətlərini vaxtında görmür. Bu da ciddi qəza risqidir", — Hüseynov qeyd edib.

Ekspertin sözlərinə görə, sürücünün gözləri çala-çuxurlara zilləndiyindən tez yorulur: "Yorğunluq isə reaksiyanın zəifləməsi və yenə də aşkar qəza risqidir. Çala-çuxurlu yolda hərəkət edən sürücü tez aqressivləşir, heç kəsə güzəşt etmək istəmir, digər qaydaları pozmağa meyillənir. Xüsusən çala-çuxurlu yoldan rahat yola çıxan sürücü sürət rejimini pozur. Bu da ciddi qəza risqidir. Çala-çuxura düşən avtomobildə anidən yaranan texniki nasazlıq (hətta bəzən təkərin oxdan qopub aralanması və s.) çox ciddi qəzaya, avtomoblin aşmasına, idarəetmədən çıxaraq başqa nəqliyyat vasitələri ilə toqquşmasına səbəb ola bilər və s.".

Ə.Hüseynov çala-çuxur və qabarıqların vurduğu ziyanlar da sadalyıb: "Avtomobilin detalları (asqılar, təkərlər və s.) tədricən sıradan çıxır, bütövlükdə avtomobilin istismar müddəti qısalır. Belə yolda hərəkət daha çox vaxt aparır, vaxt isə ən böyük dəyərdir. Yük avtomobillərində olan yükün çala-çuxurlu yolda dağılması, zədələnməsi yarasız vəziyyətə düşməsi baş verə bilər. Bəzi yerlərdə belə çala-çuxur tıxac yaranmasına, ümumi hərəkətin iflic olmasına gətirib çıxarır. Çalalara toplanan su tədricən yolun alt təbəqələrinə keçir, qısa müddətdə həmin yol sahəsi daha böyük həcmdə dağılır. Şaxtalar olduqda isə həmin çalanın ətrafındakı asfaltın dağılması daha tez baş verir. Çala-çuxur palçıq və çirkab mənbəyi olur. Həmin palıçıq və çirkab hərəkət edən avtomobillərin, yolun özünün, yol infrastrukturuna aid qurğuların çirklənməsinə səbəb olur və s". 

Bakıda yol təmiri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda yeni ödənişli yol salınır

Hüseynovun sözlərinə görə, göstərilən təhlükə və ziyanların siyahısını artırmaq da olar: "Yol hərəkəti təhlükəsizliyinə və əhaliyə göstərilən ictimai xidmətlərə yüksək diqqət yetirilən ölkələrdə yollardakı qüsurların (çala-çuxurun, qabarmaların, çatların və s.) yol verilən standartları, həmçinin mövcud qüsurların aradan qaldırılmasının müddət normativləri var. Məsələn, Rusiya Federasiyasında qüvvədə olan standarta əsasən, yol örtüyündə çalaların və qabarmaların ölçüləri yolun eninə 60 sm-dən, uzunluğuna 15 sm-dən, dərinliyi (hündürlüyü) isə 5 sm-dən çox olmamalıdır".

"Bundan artıq olarsa, 24 saat ərzində aradan qaldırılmalıdır. Bizim qanunveriliyimizdə, hələ ki, belə konkret kəmiyyətlər yoxdur. İlk növbədə bunları qəbul etmək lazımdır. Lakin, hələlik belə standartlar və normativlər olmasa da, yollardakı qüsurları vaxtında aradan qaldırmaq lazımdır ki, yuxarıda sadaladığım problemlər olmasın. Başqa sözlə, yollarda yüksək operativliyi ilə seçilən cari təmir və qulluq işləri yeni yolların tikilməsində az əhəmiyyətli deyil", — ekspert bildirib.

Xəbər lenti
0