BAKI, 23 fevral — Sputnik. Azərbaycanın populyar teleaparıcısı Xoşqədəm Baxşəliyevanın həyat yoldaşı, müğənni və bəstəkar Doğuşu Türkiyədə çıxdığı bir televiziya proqramında təqdimatı əsəbləşdirib. Sputnik Azərbaycan xəbər verir ki, proqramın titrindəki "müğənni Doğuş" təqdimatına əsəbləşən Doğuş rejissora "Mən müğənni yox, sənətçiyəm" deyib.
Doğuş bu günə qədər çox müğənniyə mahnı verdiyini bildirərək, ona sənətçi deyə xitab edilməsini istəyib.
"Bu gün Kibariyə, Alişan, Minə Koşan, İlyas Altıntaş, Gökhan Təpə mənim mahnılarımı ifa edir. Mən artıq sənətçiyəm. İndi hamıya müğənni deyilir", — deyə Doğuş etirazını bildirib.
Xatırladaq ki, bü günlərdə Xoşqədəm Hidayətqızı da sosial mediada qəzəb püskürüb. "Nura Paşayeva" niki altında "İnstagram"da çıxış edən bir transseksual teleaparıcını özündən çıxarıb. Transseksual yazıb ki, "Xoşqədəm daha çox kişiyə oxşayır, nəinki qadına".
Bu fikri Xoşqədəm Hidayətqızı özünə qarşı təhqir kimi qiymətləndirib.
"Bu insan üçün trans olmaq xoşbəxtlikdir. Hazırda biz axtarışdayıq, bu şəxsi tanıyanlardan xahiş edirəm ki, mənə məlumat versin", — deyə Hidayətqızı bildirib. O, həmin transın dediyi sözlərə görə məhkəmə qarşısında cavab verməli olacağını qeyd edib.
Xatırladaq ki, "Səni axtarıram" verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı türk sənətçi Doğuşla 2014-cü ildə ailə həyatı qurub. 2016-cı ildə cütlüyün Arda və Arın adlı əkiz oğlanları dünyaya gəlib. Xoşqədəmin əvvəlki Ceyhun adlı həyat yoldaşından da Zaur adlı oğlu var.