Milli Məclisin plenar iclası başlayıb

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İclasın gündəliyinə 19 məsələ daxil edilib

BAKI, 23 fevral — Sputnik. Milli Məclisin növbəti plenar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib.

İlk olaraq "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi məsələsinə baxılacaq.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə də baxılacaq.

Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
ELM
"Təhsil kreditləri haqqında" qanun layihəsi hazırlanacaq

"Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Dövlət rüsumu haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

"Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında", "Standartlaşdırma haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yol hərəkəti haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

Miqrasiya, İnzibati Xətalar məcəllələrində, "Azərbaycan avtomobil yolları — 100 il (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliklərə baxılacaq.

İclasda "Standartlaşdırma haqqında", "Texniki tənzimləmə haqqında" yeni qanun layihələri müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0