BAKI, 23 fevral — Sputnik. İsveçli mütəxəssislər ölümdən sonra insanın elektron bədənini "yaradan" texnologiya hazırlayıblar. Ölən şəxsin rəqəmsal versiyasının yüklənəcəyi platforma vasitəsilə qohumları və dostları onunla ünsiyyət qura biləcəklər.
İsveçli alimlərin üzərində işlədikləri layihə bu cür işləyəcək: neyroşəbəkə (ölmüş adamın elektron bədəni) ona verilən sualı başa düşür və sual verəni tanıyır, bundan sonra isə bazadan uyğun cavabı tapır. Baza isə insanın sağlığında işlətdiyi ifadələrdən ibarətdir.
Hazırda alimlər bu bazanı yaratmaq üçün öz səsini və ifadələrini yazmağa icazə verəcək könüllüləri axtarırlar.
Beləliklə, ölmüş adamların işlək çatları adi hala çevrilə bilər.