BAKI, 23 fevral — Sputnik. Amerikanın Minnesota əyalətinin ilk müsəlman qadın bələdiyyə başçı namizədi Regina Mustafa ölüm təhdidləri aldığını deyib. Buna baxmayaraq o, namizədliyindən geri çəkilməyəcəyini söyləyib.
Sputnik Azərbaycan "əl-Cəzirə"yə istinadən xəbər verir ki, xanım Mustada, ölüm təhdidi almasına səbəb kimi, hicab taxmasını göstərib.
"Əgər Amerika demokratiyanın beşiyi sayılırsa, onda buna nə ad verək? Əgər demokratiya ancaq onlar üçündürsə, onda biz niyə varıq? İnanclı insanların həyat tərzi hücumlara məruz qalırsa, belə demokratiyadan şübhə edərəm. Məni ölümlə təhdid edənlər əmin olsunlar ki, tutduğum yoldan geri çəkilməyəcəm", — Regina Mustafa deyib.
Qeyd edək ki, xanım Mustafa Roçester şəhərindən bələdiyyə sədri vəzifəsinə namizədliyini verib.