BAKI, 23 fevral — Sputnik. “Yaxın zamanda böyük əfv sərəncamının imzalanması gözlənilir”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
O bildirib ki, əfv sərəncamının imzalanması prezident İlham Əliyevin səlahiyyətindədir: "Amma söyləyə bilərəm ki, yaxın zamanda böyük əfv sərəncamının imzalanması gözlənilir".