Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Deputat banklara müraciət etdi: Krediti olanlarla kompromisə gedin

© Photo : REPORTMilli Məclisin deputatı Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Deputat: "Bank kreditlərinin ödənilməsində yumşalmalarla bağlı təkliflər irəli sürülüb, qalır dövlət başçısının qərarını gözləmək"

BAKI, 23 fevral — Sputnik. Banklar müştərilərə kreditləri ödətmək üçün ifrat tədbirlərə əl atırlar. Vaxt vardı, banklar müştərinin krediti qaytarmaq imkanına malik olub-olmadığına diqqət yetirmədən, istehlak kreditlərini paylayırdı. Hazırda ölkə bankları ən ağır dövrlərini yaşayırlar və ona görə də borcları kriminal üsullarla geri qaytarmağa çalışırlar.

Milli Məclisin deputatı Vahid Əhmədov Sputnik Azərbaycan-a bildirib ki, bu problem aktualdır və bank sistemindəki problemli kreditlərlə bağlı qərar qəbul etmək zəruridir. Çünki ödənilməmiş kreditlərin məbləği həddindən artıq böyükdür. Və bu, çox ciddi nəticələrə gətirib çıxarır, insanlar intihara əl atırlar.

"Mən onu da qeyd etmək istəyirəm ki, son zamanlar banklarla bağlı şikayətlər azalıb. Banklar artıq müştərilərlə görüşərək müəyyən güzəştlərə gedirlər. Hətta elə banklar var ki, ödənişlərdə 30% güzəşt edirlər. Çox şey bankdan asılıdır. Amma bununla yanaşı, bütövlükdə gecikmiş kreditlər üzrə normativ akt qəbul edilməlidir. Problem var və onu həll etmək lazımdır", — deyə parlamentari bildirib.

Deputat banklara müraciət edərək xahiş edib ki, bütün mümkün kompromislərə getsinlər. Onun sözlərinə görə, bank kreditlərinin ödənilməsində yumşalmalarla bağlı təkliflər irəli sürülüb, qalır dövlət başçısının qərarını gözləmək.

Xəbər lenti
0