BAKI, 23 fevral — Sputnik. Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Sputnik Azərbaycan bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.
Belə ki, fevralın 24-dən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.