İranın keçmiş prezidenti azad seçkilər tələb etdi

© REUTERS / TIMA via REUTERSİranda seçki
İranda seçki - Sputnik Azərbaycan
Abunə olmaq
Əhmədinejad istək və təkliflərini məktub formasında Xameneyiyə göndərib

BAKI, 22 fevral — Sputnik. İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkədəki siyasi durumdan narahat olduğunu bildirib. O, Ali dini lider Əli Xameneyiyə səslənərək, ölkədə demokratik seçki keçirilməsini və hökuməti tənqid edən məhkumları azad etməsini istəyib.

Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, Əhmədinejad istək və təkliflərini məktub formasında Xameneyiyə göndərib.

Sabiq prezident dini lideri İranın məhkəmə və qanunvericilik sisteminə uyğun islahat keçirməyə, hakimiyyəti tənqid edən məhkumları həbsxanalardan azad etməyə çağırıb. Əhmədinejada görə, ölkənin aktual problemlərinin həlli üçün xalqa ilk növbədə öz səs hüququndan istifadə haqqı tanınmalıdır.

Əhmədinejad iddia edib ki, İranın məhkəmə sistemində dəyişikliklər siyasi islahatların keçirilməsi üçün şərait yaradacaq.

Xəbər lenti
0