BAKI, 22 fevral — Sputnik. "Heç kim Suriyanın ərazi bütövlüyündən narahat olmasın". Sputnik Türkiyə xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əl-cəzairli həmkarı Əbülqədir Mesail ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Çavuşoğlu bildirib ki, PYD terrorçularına yardıma gələnlərə fürsət verilməyəcək: "Terrorçularla mübarizəyə gəlirlərsə xoş gəlirlər. Amma onlara yardım üçün gəlirlərsə, ağır nəticələrinə dözməlidirlər".
Nazir, həmçinin qeyd edib ki, heç kəs Suriyanın ərazi bütövlüyünə görə narahat olmasın: "Suriyanın ərazi bütövlüyünü pozmağa kim cəhd etsə, Türkiyəni qarşısında görəcək. Bundan kiminsə şübhəsi olmasın".